Müqəddəs əmanətlərimiz və toxunulmaz dəyərlərimiz

Son, kamil və cahanşümul bir din, mədəniyyət və həyat sistemi olan İslam dini uca yaradıcımız Allah-Təalaya,onun nazil etdiyi müqəddəs kitabımız Qurani-Kərimə və bu ilahi vəhyin insanlara çatdırılması üçün Allah tərəfindən vəzifələndirilən son peyğəmbər Həzrət Məhəmmədin sünnəsinə əsaslanır. Bu iki qaynaq həyatın bütün sahələrində bəşəriyyət üçün yol göstərici və hidayət rəhbəri, güc mənbəyi olmuşdur. Qurani-Kərim və Rəsulullahın sünnəsi bir-birini tamamlayan bütündür və bir bütün olaraq ələ alınmalıdır.
Davamı →

Qardaşının dərdinə şərik olmaq

Şübhəsiz ki, Uca Allahın möminlərə bəxş etdiyi ən gözəl nemətlərdən biri imandan və təqvadan qaynaqlanan qardaşlıq bağıdır. Cəmiyyəti nizama salmaq, fərdlərini dünya və axirət səadətinə qovuşdurmaq üçün göndərilən dinimiz, heç şübhəsiz ki, din qardaşlığı haqlarına da çox əhəmmiyyət vermişdir. Bu baxımdan İslam insanların dərisinin rəngini, mənsub olduğu irqini, soy-sülaləsini, cinsiyyətini və s. növdən olan cahiliyyə terminlərini rədd edərək, təqva (Allah qorxusu) düsturunu gətirmiş və on dörd əsrdən bəri gələn möhkəm qardaşlıq bağını formalaşdırmışdır. Üstünlüyün ancaq və ancaq təqvada olduğunu dərk edən insan heç bir zaman irqinə, rənginə, mal-dövlətinə, vəzifəsinə, gücünə və qüdrətinə güvənib özünü digər din qardaşlarından üstün görə bilməz, əksinə, daima qardaşını daha üstün görüb, səmimi bir mömin kimi onun sevincini, dərd-sərini paylaşmağa çalışar. Çünki o bilir ki: “Allah dərgahında ən üstün olanınız Allahdan ən çox qorxanınızdır” buyurulmuşdur. (əl-Hücurat, 13) 
Davamı →

Qardaşlıq fədakarlıqdır

İslam fərd və cəmiyyəti əlaqədar edən hər bir məsələni ələ alaraq həm fərdlərin, həm də cəmiyyətlərin xoşbəxtliyi üçün bir sıra düsturlar qoymuş, müəyyən qaydalar tənzim etmişdir. İnanan insanın həyatını bu qaydalara və düsturlara görə formalaşdırması ilk növbədə öz xoşbəxtliyinə zəmin hazırlamaqla yanaşı, eyni zamanda cəmiyyətin rifahına da müsbət mənada təsir edir. Demək olar ki, İslam fiqhi ilə bağlı yazılan və əsas etibarilə ibadətlərin fərz, vacib, sünnə və müstəhəblərini ələ alan kitabları oxuyarkən mütləq hər bir ibadətin fərdi və ictimai faydaları ilə də tanış oluruq.
Davamı →

Quran həm də dözümlülük nümunəsidir

  • Quran
Monoteist dinlərin hamısında olduğu kimi, İslamda da fərd və millətin ən ümdə və ülvi vəzifəsi Rəbb kəlamlarını felən icra etməklə dinin varlıq qayəsini qorumaqdır. Fitratdan verilən bu dəyərləri qorumayan bəndə hansı dinə etiqad etməsindən asılı olmayaraq, formal olaraq özünü inanclı bəndə kimi təqdim edə bilər. Dinin tələb etdiyi qayələrin əmələ çevrilmədiyi bir bölgədə isə dindən yox, sadəcə formal olaraq hər hansı yəhudidən, xristiandan və müsəlmandan söhbət gedə bilər. Halbuki Rəbbimiz bəndəsinin nazil etdiyi dinə uyğun inanclı xəlifə olmasını istər.

İslamda dinin varlıq qayəsi aşağıdakı təməl haqq və azadlıqların gerçəkləşdirilməsindən ibarətdir:
1) yaşamaq haqqı olan canının qorunması (dinindən, irqindən, dilindən, baxışlarından asılı olmayaraq hər bir ölkə vətəndaşının dövlət mühafizəsi altında olması),
2) düşüncə və söz azadlığının qorunması,
3) insan kimi yaşamasını təmin edən malının qoruması (ölkənin yeraltı, yerüstü sərvətlərinin hər hansı müdaxilədən mühafizə edilməsi),
4) hər bir vətəndaşın, icmanın dininin qorunması,
5) soy və tarixini davam etdirən nəslinin yaşamaq haqqının təminatı (gələcək nəslin qorunması).
Davamı →

Həzrəti Peyğəmbər(ə)-yə şəfa edən iki surə

Çağdaş cəmiyyətin marağına səbəb olan mövzulardan biri də sehr, cadunun mümkünlüyü və onun təsirinin qarşısının alınması məsələsidir. Sehr və ya cadunun törətdiyi fəsadlar və onların müalicəsi, tibbi sahəsi də daxil olmaqla, dünyəvi elmlər vasitəsilə tarixən və indi də tam öyrənilmədiyi üçün bəşər alternativ tövsiyələrdən də istifadə edib. Metafizikaya söykənən bu tövsiyyənin qaynağı isə Rəbb və Peyğəmbər(ə) kəlamlarıdır.

Sehr, cadu
Sehr, təbiət qüvvələri və dünyavi elmlər xaricində gizli səbəblərlə qeyri-adi işlər görməkdir. Xeyir və şəri yaradan Allah olduğu üçün sehr və ya cadunun təsiri hökmən deyil. Allah istəsə olar, istəməsə olmaz. Peyğəmbər(ə) buyurub: «Kahinlik edən, kahinə müraciət edən və sehr, cadu edən və etdirən bizdən deyil»; «Müsəlman cadu etməz. Allah saxlasın, imanı getdikdən sonra cadusu təsir edər». Sehr, cadu bədən (cisim) və ruha təsir etdiyi üçün insanları xəstələndirə, sevgi və ya nifrətə səbəb ola bilər. Onun qadın və uşaqlara təsir ehtimalı daha böyükdür. Əksər İslam alimləri hesab ediblər ki, sehr və cadu edilərkən küfürlü söz işlədilərsə, bu, küfürdür.
Davamı →

Başqasının sevgilisini sevmək günahdırmı?

Şeytan vəsvəsə vasitəsi ilə sizin qəlbinizə haram olan sevgidən bir köz atıb. Siz bu haram olan şəhvət közünü şeytandan sizə təlqin olunan zəhərli oxlarının vasitəsi ilə (yəni haram olan nəzərlərlə, naməhrəmə baxmaqla), fəsad verən xam xəyallarla, yalnış ümidlərə qapılaraq və yalan olan arzularla alovlandırmısınız.

Böyük islam alimi İbn əl-Qeyyim (rahiməhullahu) «Zəədu-l-Məad» kitabında belə demişdir: «Bu xəstəlik qəlb xəstəliklərindən biridir. Həm öz-özlüyü, həm səbəbləri, həmdəki müalicəsi ilə başqa xəstəliklərdən fərqlidir. Əgər davamlı olarsa, bu xəstəlik getdikcə daha da şiddətlinib möhkəmlənər, həkimlərin xəstəni müalicə etməsi çox çətinləşər və xəstə üçün olduqca böyük təhlükələr yaradar. Sonra o yenə də sözünə davam edərək deyir; Eşq bəlasına əsasən Uca Allahın məhhəbbətindən xali (boş) olan qəlblər tutulur.
Davamı →

Həccin hökmləri

Məsələ 2044: Həcc Allahın evini ziyarət etmək və orada göstəriş verilən əməlləri yerinə yetirməkdir və həcc ömrü boyu aşağıda göstərilən şərtlərə malik olan şəxsə bir dəfə vacib olur:
  1. Hədd-buluğa çatmış olsun.
  2. Aqil və azad olsun.
  3. Həccə getməsi vasitəsilə tərk edilməsi şəriətdə həccdən daha böyük olan haram bir işi etmək məcburiyyətində qalmamalı və ya həccdən daha mühüm olan vacib bir əməli tərk etmək məcburiyyətində qalmamalıdır.
  4. Müstəti (Müstəti — həcc ziyarətinə getməyə maddi imkanı olan şəxs) olsun və müstəti olmağın şərtləri bunlardır:

Davamı →

Qurbanlığın ehkamları

Rəhmli və Mərhəmətli Allahın adı ilə

Həmd olsun aləmlərin Rəbbi olan Allaha, Allahın salamı və salavatı olsun peyğəmbərimiz Muhəmməd və onun ailəsinə və səhabələrinə.

Bundan sonra:

Qurbanlığın tərifi və onun hökmü

Qurban-bayram günündə bayram səbəbiylə Allaha yaxınlaşmaq üçün kəsilən heyvana deyilir. Qurbanlıq Quran və Sünnədə sabit olan İslam ayinlərindəndir. Allah taalə belə buyurur: «Sən də Rəbbin üçün namaz qıl və qurban kəs!» (əl-Kövsar 2) Həmçinin belə buyurur: «De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!Onun heç bir şəriki yoxdur. Mənə belə buyurulmuşdur və mən müsəlmanların birincisiyəm”.» (əl-Ənam 162-163) Eləcə də Uca Allah belə buyurur: «Biz hər bir ümmət üçün qurbangah müəyyən etdik ki, Allahın onlara ruzi olaraq verdiyi heyvanları qurban kəsərkən Allahın adını çəksinlər. Sizin məbudunuz Tək olan İlahdır. Yalnız Ona itaət edin.» (əl-Həcc 34)

Ənəs (Allah ondan razı olsun) rəvayət edir ki, «Peyğəmbər (Allahın ona salavat və salamı olsun) iki buynuzlu ala qoç qurban etdi. Onları əlləri ilə kəsdiyini və ayağını onun hər birininin boynunun üzərinə qoyduğunu gördüm. Allahın adını zikr etdi və təkbir gətirdi.» (əl-Buxari 5565, Muslim 1966)


Ardı →

Kimlər şəhid olur

Şəhidlik yüksək bir mərtəbədir. Şəhidlik müsəlmanın ölümü ilə ibadət etməsidir. Şəhidlik əsasən cihad kimi müqəddəs bir əməlin, ibadətin məhsuludur.

Kimlər əslində şəhid olur

Şəhid və şəhadət xüsusi ilə müasir cəmiyyətimizdə çox bəhs edilən bir mövzuya çevrilmişdir. Belə ki, bu xalq dövlət və millət olma yolunda qan tökmüş, ölmüş və öldürmüşdür. Bu ölümlər cəmiyyətimizə özü ilə bərabər şəhidlik məfhumunu gətirmişdir. Əslində şəhidlik anlayışının bir müsəlman xalqı kimi bizim tariximizdə çox dərin köklərə malik yeri var. Çün ki, “haqq, hüquq”, “xalq”, “millət”, “ədalət” və s. kəlmələr kimi şəhidlik də İslami bir dəyərdir, kökü Allahın kitabı Qurana bağlıdır.

Fəqihlər şəhidi üç növə ayırırlar:

1. Həm dünya, həm də axirət etibarı ilə şəhid olanlar
Bu qrupa aid olan şəhidlər o kimsələrdir ki, qeyri-müsəlmanlarla və ya quldurlarla döyüş nəticəsində öldürülən və ölüm zamanı ağıllı və həddi-buluğa çatmış müsəlmandır. Eyni zamanda malını, namusunu, canını, digər müsəlmanları və ya müsəlmanların himayəsində olan qeyri-müsəlmanları müdafiə edərkən döyüş yerində dərhal öldürülmüş olan mükəlləf müsəlmanlar da bu şəhidlərdəndir. Bunlar kamil şəhiddirlər. Bu şəhidlər yuyulmaz, kəfənlənməz, qanlı paltarı ilə dəfn edilərlər.


Ardı →

“Dünyanın ən böyük dini artıq İslamdır!”

Son otuz ildir dünya daxilində müsəlmanların sayında artım müşahidə olunur. 1973-cü ilin statistik məlumatları, dünyada müsəlman əhalisinin 500 milyon olduğunu göstərirdi. Bu gün bu rəqəm 1.5 milyardı keçmişdir.

Dünya Katoliklərinin ən yüksək dini nüfuzu olan Vatikanın qəzeti L'Osservatore Romano da ötən günlərdə bütün islam aləmi üçün müjdə olan bu mövzunu gündəmə gətirmişdir.

Müsəlmanların sayının Katolikləri keçdiyini və islamın dünyanın ən böyük dininə çevrildiyinin vurğulandığı xəbərdə Vatikanda vəzifəli şəxslərdən Monsenyor Vittorio Formenti də, tarixi açıqlama etmişdir:

“Dünyanın ən böyük dini artıq İslamdır!” (http://uk.reuters.com/article/2008/03/31/uk-vatican-muslims-idUKL3163432620080331)

31 Mart 2008 tarixində Reuters xəbər agentliyi tərəfindən nəşr olunan bir xəbər, islamiyyətin dünya səviyyəsindəki oyanışını və yaşanan bu yeni dövrün təfərrüatlarını ortaya qoymuşdur. Dünya Katoliklərinin ən yüksək dini nüfuzu olan Vatikanda vəzifəli şəxslərdən biri olan və Vatikanın 2008 illiyini hazırlayan Vittorio Formentinin Vatikanın qəzeti L'Osservatore Romanoda-kı açıqlamalarına görə, 2006-cı il rəqəmlərinə baxdıqda müsəlmanların sayının dünya əhalisinin 19,2%-nə çatdığını və Katoliklərin sayıın isə 17.4% nisbətində qalmışdır. Monsenyor Formenti “Artıq zirvədə deyilik. Müsəlmanlar bizi keçdi” deyə əlavə edərək, eyni zamanda da islamiyyətin dünya səviyyəsindəki qalibiyyətini elan etmişdir.


Davamı →